“Azərbaycan millisinin aktivində artıq iki medal var. Onlardan biri də mənimdir. Buna görə çox xoşbəxtəm”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqə qazanması barədə danışarkən deyib.
81 kq çəki dərəcəsində türkiyəli Bayram Malkan üzərindəki qələbə sayəsində ən azı bürünc medalı təmin edən Dominqes sevincini gizlətməyib. Ancaq o, bununla kifayətlənməyəcəyini də vurğulayıb: “Uzunmüddətli məşqlərin yekunu kimi uğurlu nəticə qazandım. Buna görə çox sevincliyəm. Bürünc medalı təmin etsəm də, hədəfim Olimpiadada qızıl medal qazanmaqdır”.
26 yaşlı idmançı döyüş zamanı hakimə etirazına da aydınlıq gətirib: “Hakimə bildirdim ki, rəqib başını çox aşağı əyir, döyüşə bilmirəm. Buna görə çox əsəbləşdim, çünki belədə uduza bilərdim. Axı döyüşmək istəyirdim”.
Qeyd edək ki, Alfonso Dominqes yarımfinal döyüşünə avqustun 1-də çıxacaq. Təmsilçimiz son Olimpiya çempionu olan kubalı Arlen Lopeslə qarşılaşacaq.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu