18 yaşadək qız və oğlan cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda ölkənin 76 rayon və şəhərdən olan klub, cəmiyyət və idman təşkilatlarından gənclər iştirak ediblər.
Nəticələrə əsasən 25 komanda müxtəlif əyarlı medal qazanıb, onlardan da 13-ü regionları təmsil edib.
Ümumilikdə Azərbaycan birinciliyində 439 oğlan və 75 qız cüdoçu medallar uğrunda mübarizə aparıblar. Komanda hesabında 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi 1-ci, “Neftçi” İdman Klubu 2-ci, 1 nömrəli “Təhsil” Respublika İdman Mərkəzi (Sumqayıt) isə 3-cü yerə layiq görülərək müvafiq kubok və diplomlarla təltif olunublar.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib