Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində ikimərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.
Apasport.az saytı nazirliyə istinadən xəbər verir ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Həyata keçirilən operativ tədbirlər nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, yanğın nəticəsində “Neftçi İdman Klubu” İctimai Birliyinin Qaradağ Təlim-İdman Bazasının ərazisində ümumi sahəsi 690 kv.m olan (hər mərtəbəsi 345 kv.m) ikimərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən idman zalının yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO