"Ən yaxşı komandanı meydana buraxdım".
Apasport.az saytının məlumatına görə, bu sözlər İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviçə məxsusdur.
AVRO-2020-nin qrup mərhələsinin III turunda Türkiyəni Bakı Olimpiya Stadionunda məğlub edən (3:1) isveçrəlilər qrupu 4 xalla 3-cü yerdə tamamlayıb.
Oyunsonrası mətbuat konfransında 58 yaşlı mütəxəssisin qələbə şərhi belə olub: " Bu gün bəzi dəyişikliklər etdim. Topla və topsuz oynamağın yolunu bilirdik. Türkiyəyə sürpriz etmək istəyirdik, bunu da bacardıq. Oyunçularımla fəxr edirəm. Onlar üzərlərinə düşəni etdilər. Biz çox səfər etdik. Bakıya, buradan Romaya və yenidən Bakıya. Buna baxmayaraq, futbolçularım bundan şikayət etmədi. Çox az adam bunu qeyd edir. Amma mən deməliyəm. Növbəti mərhələyə vəsiqə qazanacağımız yönündə optimistəm. Əla oynamadıq, amma yaxşı oynadıq. Çünki 3 qol vursaq da, bunun sayı daha çox ola bilərdi".
O bildirib ki, sabah yenə Bakıda məşqə çıxacaqlar: “Sonra buradan Romaya uçacağıq. Ümid edirəm ki, növbəti mərhələyə vəsiqə qazana biləcəyik”.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO