Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) ukraynalı velosipedçi Yelena Starikovanın yığmamızdan təklif alması ilə bağlı açıqlamasına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, qurum Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısını təkzib edərək, ona maraq göstərilmədiyini açıqlayıb.
Federasiyanın mətbuat xidmətinin rəhbəri Pərviz Musayev sosial şəbəkədə paylaşımı zamanı Starikovanın Azərbaycanın adından istifadə etdiyini vurğulayıb: “Başa düşürəm, son illərdə Ukraynadan Azərbaycana idmançı transferi geniş vüsət alıb. Amma birmənalı şəkildə bəyan edirəm ki, bizim federasiya Yelena Starikovaya heç vaxt dəvət göndərməyib. Ən azı ona görə ki, ona xərcləyəcək pulumuz (maaş, bahalı trek velosipedi) yoxdur. Yelena Starikovanın Ukraynanı sevdiyinə və vətənpərvər olmasına şübhəm yoxdur. Amma ola bilər ki idmançı ölkəsində özünə diqqəti artırmaq üçün Azərbaycanın adından istifadə edir”.
Qeyd edək ki, Tokio-2020-də sprint yarışlarının finalında məğlub olaraq gümüş medal qazanan 25 yaşlı Starikova Azərbaycan yığmasının təklifini qəbul etmədiyini açıqlayıb.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu