Azərbaycan yığması İsraildə keçirilən Qran-Pri turnirində ikinci yeri tutub
26.05.2008 - 09:38
Bakı. Kənan Həsənov - APA-Sport. İsrailin Holon şəhərində bədii gimnastika üzrə Qran-Pri turnirinin növbəti mərhələ yarışına yekun vurulub. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, ölkəmizin bu nüfuzlu yarışdakı təmsilçiləri fərdi birincilikdə fəxri kürsüyə yüksələ bilməyiblər. Pekin olimpiadasına lisenziya qazanan Dinarə Gimatova və Aliyə Qarayeva, həmçinin Anna Qurbanova ilə Zeynəb Cavadlı uğursuz çıxış ediblər. Qrup hərəkətləri üzrə milli komandamız isə 5 ip və 3 lent/4 gürzlə proqramın ifasına görə gümüş medal qazanıb. Yığmamızı hər iki halda İsrail qabaqlayıb.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
0
0