İradə Aşumova reytinq cədvəlində 17 pillə geriləyib
27.05.2008 - 14:53
Bakı. Aqşin Əliyev - APA-Sport. Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (İSSF) Almaniyanın Münhen şəhərində keçirilən Dünya Kubokundan sonra yeni reytinq cədvəli tərtib edib. “APA-Sport” agentliyinin məlumatına görə, siyahıya Azərbaycanın 6 idmançısının adı daxil olunub. Bunlardan ikisi Mehriban Məcidova və Şükürağa Eyvazov ilk dəfədir reytinq cədvəlində yer alırlar. 22 yaşlı M.Məcidova 10 metrlik məsafədən pnevmatik tüfənglə atəş açanların siyahısında 6 xalla 142-ci yerdə qərarlaşıb. Eyni məsafəyə pnevmatik tapança ilə atəş açmada isə Ş.Eyvazov 119-cu olub. 31 yaşlı idmançının hesabında 3 xal var. Onun daha təcrübəli komanda yoldaşı Ruslan Lunyov 16 pillə irəliləyərək, 13 xalla 73-cü yeri tutub. 50 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açan kişilərin siyahısında isə həmyerlilərimizə rast gəlmək mümkün deyil. Bu dəfə təmsilçilərimizdən ən çox geriləməyə Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova məruz qalıb. Münhenə aparılmayan veteran idmançı 17 pillə geriləyərək, 68-ci sıraya enib (10 m, pnevmatik tapança). Həmçinin, Nigar Bağırova da bu növdə mövqeyini əldən verib. Gənclər arasında Avropa çempionatının gümüş medalçısı 81 xalla 37-ci yerə sahib çıxıb. İ.Aşumova 25 metrlik məsafədən hədəfə atəş açanların reytinq cədvəlində də aşağı pillələrə doğru yuvarlanıb. O, 11 pillə geriləyərək, 63-cü olub. N.Bağırova isə 64-cü yeri 68-ci sıraya dəyişib. İSSF reytinqinə düşən yeganə stend atıcımız Zemfira Meftahəddinova 28-ci yerdə qalıb.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0