Azərbaycan milli komandasının Rusiyaya səfəri baş tutmayıb
27.05.2008 - 17:01
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın həndbol üzrə qadınlardan ibarət milli komandasının Rusiyaya səfəri baş tutmayıb. Bu haqda “APA-Sport” agentliyinə Həndbol Federasiyasının rəsmisi İsgəndər Əsgərov məlumat verib. Onun sözlərinə görə, buna səbəb Rostov şəhərində millimizin də qatılacağı tələbələr arasında Rusiya çempionatının təxirə salınmasıdır. Ukraynalı mütəxəssis Georgi Voronovun rəhbərlik etdiyi yığmamızın yarış ərəfəsində Həştərxan şəhərində yerli “Astraxanoçka” klubu ilə birgə təlim-məşq toplanışı keçirmək planı da bu səbəbdən reallaşmayıb.
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub
- Azərbaycan təmsilçisi Almatıda 6-cı olub
- Azərbaycanlı fiqurlu konkisürənlərdən Almatıda bürünc medal
0
0