Zemfira Meftahəddinova Dünya Kubokunda qüvvəsini sınayacaq
02.06.2008 - 13:44
Bakı. Aqşin Əliyev - APA-Sport. İyunun 4-də Almaniyanın Sühl şəhərində stend atıcılığı üzrə Dünya Kuboku start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini Zemfira Meftahəddinova və Emin Cəfərov qoruyacaqlar. Stend atıcılarımız baş məşqçi Hafiz Cəfərovun rəhbərliyi altında sabah səfərə çıxsalar da, yarışa qoşulmaq üçün 6 gün gözləməli olacaqlar. Dünya Kubokunun təqviminə əsasən, öncə trap (səngər) növündə mübarizə başlanacaq. Skeet növündə çıxış edən Sidney Yay Olimpiya Oyunlarının qalibi Z.Meftahəddinova isə iyunun 9-da mübarizəyə qoşulacaq. Ertəsi gün digər həmyerlimiz E.Cəfərov öz bacarığını nümayiş etdirəcək. H.Cəfərovun yetirmələri Sühldəki turnir yekunlaşdıqdan sonra vətənə qayıtmayaraq, Dünya Kubokunun növbəti mərhələsinə qatılmaq məqsədilə birbaşa Serbiyanın paytaxtı Belqrada yollanacaqlar. Belqraddakı yarış 14-23 iyun aralığında baş tutacaq. Dünya Kubokunun iki mərhələsi Z.Meftahəddinova üçün Pekin Olimpiadasına hazırlıq xarakteri daşıyacaq.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0