Karate üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02.06.2008 - 17:21
Bakı. Elşən Məmmədov – APA-Sport. Maştağa Olimpiya Kompleksində keçirilən uşaqlar və yeniyetmələr arasında Azərbaycan çempionatına yekun vurulub. «APA-Sport» agentliyinin məlumatına görə, ölkə birinciliyi Narkomaniya və Uşaq cinayətkarlığına qarşı mübarizə məqsədilə təşkil olunub. Yarışda ölkəmizin 42 idman klubu və cəmiyyətlərindən 318 oğlan, 32 qız karateçi qüvvəsini sınayıb. 10, 11, 12, 13 və 14-15 yaş kateqoriyalarında keçirilən birincilikdə idmançılar kumite və katada qüvvələrini sınayıblar. Kumitedə oğlanlardan Elmar Səlimov (10 yaş), Karvan Şamuxamedov (11 yaş), Şamil Quliyev (12 yaş), Fəyyaz İldırımzadə (13 yaş), 14-15 yaş kateqoriyasında Zaur Məmmədli (52 kq), Tural Ələkbərov (57 kq), Oğuz İbrahimsoy (63 kq), Ağaməhəmməd Quliyev (70 kq) və Asiman Qurbanlı (+70 kq) I yeri tutub. Qızlardan Fəridə Əliyeva (10-11 yaş), Fəridə Abiyeva (12-13 yaş), 14-15 yaşlılar arasında Surə Fərəcli (47 kq) və Fəridə Abdullayeva (54 kq) fərqlənib. Katada oğlanlardan Karvan Şamuxamedov (10-11 yaş), Emil Nəhmədov (12-13 yaş), Tural Balcanlı (14-15 yaş), qızlardan isə Fəridə Abiyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümumi komanda hesabında «Budo-kan» klubu I yeri tutub. Klubun yetirmələri 6 qızıl, 10 gümüş və 8 bürünc medala sahib çıxıblar.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0