Azərbaycan həndbol yığması Bolqarıstanda keçiriləcək beynəlxalq turnirə dəvət alıb
04.06.2008 - 14:48
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət həndbol üzrə milli komandası avqustda Bolqarıstanın Varna şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət alıb. Bu haqda “APA-Sport” agentliyinə Həndbol Federasiyasının rəsmisi İsgəndər Əsgərov məlumat verib. Onun sözlərinə görə, ənənəvi xarakter daşıyan yarışda ukraynalı mütəxəssis Georgi Voronovun başçılıq etdiyi milli komandamızın iştirakına razılıq verilib. Həndbolçularımız turnirə avqustun əvvəlində tələbələr arasında İtaliyada keçiriləcək dünya çempionatından sonra qatılacaqlar.
Qeyd edək ki, yığmamız ötən il təşkil olunan turnirdə birinci yeri tutub.
Qeyd edək ki, yığmamız ötən il təşkil olunan turnirdə birinci yeri tutub.
- APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verib - FOTO
- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
0
0