Türkiyə yığmasının Portuqaliya ilə oyun üçün start heyəti açıqlanıb
04.06.2008 - 16:39
Bakı - APA-Sport. Türkiyə futbol yığmasının iyunun 7-də Portuqaliya ilə keçirəcəyi Avropa çempionatının qrup mərhələsinin oyunu üçün start heyəti müəyyənləşib. «APA-Sport» agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 23:45-də başlanacaq A qrupunun qarşılaşmasına «ay-ulduzlular» 4-2-3-1 taktiki düzülüşü ilə çıxacaqlar. Baş məşqçi Fatih Terim qapıçı kimi Volkan Dəmirələ şans verəcək. Müdafiədə Səbri Sarıoğlu, Gökhan Zan, Sərvət Çətin və Hakan Balta yer alacaq. Mehmet Aurelio və Əmrə Belözoğlu dayaq, Mövlud Ərdinc, Həmid Altıntop, və Tuncay Şanlı isə hücumameylli yarımmüdafiəçilər qismində çıxış edəcəklər. Nihat Kahveçi isə yeganə hücumçu olacaq. Yüngül zədəli T.Şanlının Arda Turanla əvəzlənmə variantı da nəzərdən keçirilir.
Qeyd edək ki, A qrupunda yer alan Türkiyə millisi Portuqaliya ilə yanaşı, İsveçrə və Çexiyaya da rəqib olacaq.
Qeyd edək ki, A qrupunda yer alan Türkiyə millisi Portuqaliya ilə yanaşı, İsveçrə və Çexiyaya da rəqib olacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0