İspaniya hokkeyçilərinin Azərbaycanla oyunda dopinqdən istifadə etdikləri təsdiqlənib
05.06.2008 - 10:14
“APA-Sport” agentliyinin məlumatına görə, Beynəlxalq Hokkey Federasiyasının (FİH) bununla bağlı yaydığı bəyanatda ispaniyalıların istifadəsi qadağan olunmuş dərman preparatından yararlandıqları təsdiqlənib. Az öncə adları açıqlanmayan həmin iki hokkeyçidən götürülən analizin A testi müsbət nəticə vermişdi. Laboratoriyada təkrar analiz - B testi aparılaraq, ispaniyalı oyunçuların Bakıda həqiqətən dopinqdən istifadə etdikləri bir daha təsdiqini tapıb. FİH rəhbərliyinin İspaniya yığması ilə bağlı hansı qərarı verəcəyi məlum deyil. Qarşıdakı günlərdə dopinqdə ilişmiş hokkeyçilər FİH-in hüquq komitəsi tərəfindən dindiriləcək. Yekun qərar iyunun sonlarınadək elan olunacaq. İspaniya milli komandası diskvalifikasiya ediləcəyi təqdirdə, Azərbaycan lisenziya xarakterli beynəlxalq turnirin finalçısı qismində Pekin Olimpiadasına vəsiqə qazanacaq. Pireney yarımadası təmsilçiləri həlledici qarşılaşmada yığmamızı 3:2 hesabı ilə məğlub etmişdi. İspaniyalılara qarşı diskvalifikasiya deyil, digər cəza növlərinin də tətbiq ediləcəyi istisna olunmur.
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
0
0