Şəhriyar Məmmədyarov Vladimir Kramniklə qarşılaşacaq
05.06.2008 - 11:19
Bakı. Kənan Həsənov - APA-Sport. İyunun 28-də Almaniyanın Dortmund şəhərində şahmat üzrə ənənəvi superturnir start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, XX kateqoriyalı yarışda ölkəmizi ardıcıl ikinci dəfə milli komandamızın üzvü Şəhriyar Məmmədyarov təmsil edəcək. Dortmundda, həmçinin Vladimir Kramnik (Rusiya), Vasili İvançuk (Ukrayna), Peter Leko (Macarıstan), Arkadi Naydiç (Almaniya), Luk van Veli (Hollandiya), Yan Nepomnyaşi (Rusiya) və Yan Qustafsson (Almaniya) kimi tanınmış qrossmeysterlər mübarizə aparacaqlar. Dairəvi sistemlə keçiriləcək superturnirin mükafatçıları iyulun 6-da müəyyənləşəcək.
Qeyd edək ki, Ş.Məmmədyarov ötən il təşkil edilən yarışda 3,5 xal toplamaqla 5-ci olub. Birinci yeri isə 5 xalla V.Kramnik tutub.
Qeyd edək ki, Ş.Məmmədyarov ötən il təşkil edilən yarışda 3,5 xal toplamaqla 5-ci olub. Birinci yeri isə 5 xalla V.Kramnik tutub.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
0
0