Çingiz Hüseynzadə: “Çox da məyus deyilik”
05.06.2008 - 11:27
Afina. Elşən Məmmədov - APA-Sport. “Biz 2016-cı il Olimpiadası uğrunda mübarizədə ikinci mərhələyə yüksələ bilməməyimizdən çox da məyus deyilik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib. Bakı şəhərinin 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına yekun namizədlər siyahısından çıxarılmasına münasibət bildirən Ç.Hüseynzadənin sözlərinə görə, ilk cəhddəcə həlledici mərhələyə vəsiqə qazanmaq heç də asan deyil. MOK rəsmisi, həmçinin namizədlər sırasında Bakının çox güclü rəqiblərinin olduğunu da bildirib: “Biz bu amillərin hamısını yaxşı başa düşürdük. Ona görə də şanslarımızı real dəyərləndirir və bu gün rəqiblərimizə qalib gəlməyin çox çətin olduğunu anlayırdıq”.
Qeyd edək ki, 2016-cı il Olimpiadasına 7 iddiaçı şəhərdən 3-ü – Bakı, Praqa (Çexiya) və Doha (Qətər) növbəti mərhələyə yüksələ bilməyib. Əvəzində Çikaqo (ABŞ), Tokio (Yaponiya), Rio-de-Janeyro (Braziliya) və Madrid (İspaniya) həlledici mərhələyə vəsiqə qazanıb. Qalib şəhərin adı 2009-cu il oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında açıqlanacaq.

- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0