Azərbaycan Basketbol Federasiyası gürcüstanlı legionerin tələbini yerinə yetirib
05.06.2008 - 12:52
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan Basketbol Federasiyası gürcüstanlı legioner David Barbakadzeni milli komandamızda oynamağa razı salıb. Bu haqda “APA-Sport” agentliyinə yığmanın baş məşqçisi Elxan Əliyev məlumat verib. Onun sözlərinə görə, federasiya rəhbərliyi D.Barbakadzenin irəli sürdüyü maliyyə şərtləri ilə razılaşıb. Gürcüstanlı legioner Zaqatalada təlim-məşq toplanışında olan milli komandanın düşərgəsinə bu gün qatılacaq. D.Barbakadze üç il əvvəl də litvalı olimpiya çempionu Rimas Kurtinaytisin rəhbərlik etdiyi yığmamızın heyətində Avropa çempionatının C divizionunun qalibi olub.
Qeyd edək ki, milli komandamız iyunun 17-də Şotlandiyada start götürəcək analoji yarışın A qrupunda Moldova , San Marino və Cəbəllüttariqlə mübarizə aparacaq. B qrupunda isə Şotlandiya, Andorra, Uels və Malta yığmaları yer alıblar.
Qeyd edək ki, milli komandamız iyunun 17-də Şotlandiyada start götürəcək analoji yarışın A qrupunda Moldova , San Marino və Cəbəllüttariqlə mübarizə aparacaq. B qrupunda isə Şotlandiya, Andorra, Uels və Malta yığmaları yer alıblar.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0