Avropa çempionatına qatılan beş Azərbaycan şahmatçısından dördü ilk oyunda qələbə qazanıb
06.06.2008 - 11:25
Bakı. Kənan Həsənov - APA-Sport. Gürcüstanın Batumi şəhərində 8 yaşadək oğlan və qız şahmatçılar arasında Avropa çempionatı start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, turnirə qatılan beş təmsilçimizdən dördü ilk görüşünü qələbə ilə başa vurub. Oğlanların birinciliyində Çingiz Məhərrəmli latviyalı Arsen Batasevsi, Şəmşəd Axundov gürcüstanlı Luka Loladzeni məğlub edib. Abdulla Qədimlinin digər yerli şahmatçı David Qvenetadze ilə oyununda heç-heçə qeydə alınıb. Qızların yarışında Xanım Balacayeva gürcüstanlı Nana Kakaladzeyə, Günay Məmmədzadə isə türkiyəli Esin Sakallıya qalib gəlib. Öncədən iştirakları təsdiqlənən təmsilçilərimizdən, Ağəli Hüseynzadə, Ayxan Musazadə və İlyas Həsənli Avropa çempionatına qatılmayıblar.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan yarış iyunun 14-də başa çatacaq.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan yarış iyunun 14-də başa çatacaq.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0