Avropa çempionatına vəsiqə qazanan Azərbaycan damaçıları müəyyənləşib
06.06.2008 - 11:54
Bakı. Aqşin Əliyev - APA-Sport. Gənclər, kadetlər, kiçik kadetlər və ümidlər arasında 100 xanalı dama üzrə Azərbaycan çempionatı başa çatıb. Azərbaycan Dama Federasiyasının vitse-prezidenti İbrahim İsmayılovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yarışda Bakı ilə yanaşı, ölkəmizin digər şəhər və rayonlarının təmsilçiləri qüvvələrini sınayıblar. Çempionata qatılan qızların sayı az olduğundan onların oğlanlarla birgə oynamalarına icazə verilib. Yekunda gənclərdən (19 yaşadək) Aslan Aslanlı və Leyla Nəcəfova, kadetlərdən (16 yaşadək) Ənvər Novruzov və Renata Hacıyeva, kiçik kadetlərdən (13 yaşadək) Ülfət Hüseynbəyli və Həmidə Əhmədova, ümidlərdən (10 yaşadək) Famil Kamilli və Aytac Babayeva qızıl medala sahib çıxıblar. Bu damaçılar, həmçinin, 1-7 avqustda Polşada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanıblar. İyunun 8-də isə gənclər, kadetlər, kiçik kadetlər və ümidlər arasında 64 xanalı (Braziliya versiyası) dama üzrə ölkə çempionatı start götürəcək. Yarışa iyunun 18-də yekun vurulacaq.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0