Azərbaycan milli komandası Braziliya ilə qarşılaşa bilər
06.06.2008 - 14:16
Bakı. Kənan Həsənov - APA-Sport. İyulun 5-də İtaliyanın Venetsiya şəhərində start götürəcək həndbol üzrə tələbələr arasında XIX dünya çempionatına qatılacaq ölkələrin siyahısı müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, qadınlar arasında ukraynalı mütəxəssis Georgi Voronovun başçılıq etdiyi milli komandamız da mübarizə aparacaq. Dünya çempionatında, həmçinin Belarus, Braziliya, Çin, Çexiya, Macarıstan, İtaliya, Yaponiya, Latviya, Polşa, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna yığmaları iştirak edəcəklər. Kişilərin birinciliyində isə 17 komandanın iştirakı təsdiqlənib. Yarışın mükafatları uğrunda Hikmət Abdullayevin rəhbərlik etdiyi milli komandamızla yanaşı, Avstraliya, Avstriya, Belarus, Kipr, Çexiya, Gürcüstan, Macarıstan, İtaliya, Yaponiya, Litva, Polşa, Rusiya, Serbiya, Türkiyə, Meksika və Ukrayna mübarizə aparacaq. İyulun 13-də başa çatacaq dünya çempionatının püşkü yarışın startına bir neçə gün qalmış atılacaq.
- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
0
0