Azərbaycan qılıncoynadanının Pekin Olimpiadasında iştirak edib-etməyəcəyi iyunun 23-də bəlli olacaq
06.06.2008 - 16:29
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan qılıncoynadanı Səbinə Əmrahzadənin Pekin Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyi iyunun 23-də bəlli olacaq. Bu haqda “APA-Sport” agentliyinə Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu məsələ Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) İsveçrənin Lozanna şəhərində keçiriləcək toplantısında müzakirəyə çıxarılacaq. FİE-nin Milli Olimpiya Komitəsinin müraciəti əsasında, dünya reytinq sıralamasında 108-ci yeri tutan S.Əmrahzadəyə güzəştli kart verəcəyi gözlənilir.
Qeyd edək ki, öncə bu məsələyə iyunun əvvəlində baxılacağı nəzərdə tutulmuşdu.
Qeyd edək ki, öncə bu məsələyə iyunun əvvəlində baxılacağı nəzərdə tutulmuşdu.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0