Vitali Borisovun komandası növbəti qələbəsini qazanıb
08.06.2008 - 12:14
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan futzal yığmasının üzvü Vitali Borisovun çıxış etdiyi Rusiyanın “Dina” klubu növbəti qələbəsini qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, V.Borisovun komandası ölkə çempionatının son turu çərçivəsində “Lipetsk”lə ilk görüşdə 4:1 hesabı ilə qalib gəlib. Futzalçımız bu matçda fərqlənə bilməyib. Komandalar arasında bu gün keçiriləcək ikinci oyunla Rusiyada futzal çempionatının cari mövsümünə yekun vurulacaq.
Qeyd edək ki, 47 oyundan sonra hesabında 70 xal olan “Dina” turnir cədvəlində 13 komanda arasında 6-cı yerdə gedir.
Qeyd edək ki, 47 oyundan sonra hesabında 70 xal olan “Dina” turnir cədvəlində 13 komanda arasında 6-cı yerdə gedir.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0