Azərbaycan kanoeçisi Dünya Kubokunun mərhələ yarışında qızıl medal qazanıb
08.06.2008 - 13:13
Zeqed. Elşən Məmmədov – APA-Sport. Macarıstanın Zeqed şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun I mərhələsinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığma komandası tarixində ilk dəfə qatıldıqları nüfuzlu yarışda bir qızıl medal qazanıb. Bu uğura kanoeçimiz Valentin Demyanenko nail olub. O, 200 metr məsafədə 40,901 saniyə nəticə ilə yerli idmançılar Lazio Foltan və Peter Balaz, latviyalılar Yevgeni Myasniankin və Yevgeni Suklin, çinli Gianq Li və Şao Kun Heanq, yunanıstanlı Andreas Kiliqkaridis və avstriyalı Torsten Laxmanı geridə qoyub. Bu nəticə ilə Azərbaycan 35 ölkənin mübarizə apardığı Dünya Kubokunun I mərhələsində Serbiya ilə birgə 8-9-cu yerləri bölüşdürüb. Bununla yanaşı, ölkəmiz postsovet respublikaları arasında yalnız Litvadan geri qalıb. Ümumilikdə medal qazanan 16 ölkə arasında keçmiş SSRİ respublikalarından Litva və Azərbaycandan başqa Ukrayna da olub. Xal hesabında isə ölkəmiz 22-ci yeri tutub. İdmançılarımız 37 xalın 33-ünü avarçəkmənin kanoe, 4-ünü isə kayak növündə əldə ediblər.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0