Slaven Biliç: “Penaltidən vurduğumuz erkən qolun bizə müəyyən köməyi oldu”
09.06.2008 - 11:19
Bakı. Elşən Məmmədov – APA-Sport. “Nəzərdə tutduğumuz kimi start götürdüyümüz üçün çox xoşbəxtik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliç deyib. Avropa çempionatının B qrupunda yer alan Xorvatiya yığmasının Avstriya üzərində qazandığı 1:0 hesablı qələbəni şərh edən 40 yaşlı mütəxəssis bu uğurun yetirmələrində özünəinam hissini artıracağını bildirib. S.Biliç qalib gəlmələrində erkən qolun da rolunu vurğulayıb: “İkinci hissədə nümayiş etdirdiyimiz oyundan tam razı deyiləm. Amma biz oyuna yaxşı başladıq və ilk yarının böyük hissəsində üstün idik. Penaltidən vurduğumuz erkən qolun bizə müəyyən köməyi oldu”.
Avstriya millisinin baş məşqçisi Yozef Hikkersberger isə rəqibdən heç də zəif təsir bağışlamadıqlarını söyləyib. O, xüsusən oyunun son 30 dəqiqəsindən razı qaldığını açıqlayıb: “Matçın axırıncı 1/3 hissəlik bölümü Avstriya futbolunun inkişafda olduğunu göstərdi. Məncə, yetirmələrim ikinci yarıda kökləndikləri əhval-ruhiyyə ilə ən azı heç-heçəyə layiq idilər”.

- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0