Azərbaycan samboçuları Dünya Kubokunun mərhələ yarışında uğursuzluğa düçar olublar
09.06.2008 - 13:13
Bakı. Elşən Məmmədov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunun mərhələ yarışına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda çıxış edən Azərbaycan yığma komandası uğursuzluğa düçar olub. Millimizin heyətində yer alan 4 samboçu elə ilk görüşdəcə mübarizəni dayandırıb. 57 kq çəkidə yer alan iki idmançımızdan İslam Qasımov 1/16 finalda Olim Jukayevə (Tacikistan) 0:3, Elçin Mayılov isə Uşangi Kuzanaşviliyə (Gürcüstan) 1:3 hesabı ilə uduzub. Yekun nəticədə İ.Qasımov öz çəkisində 19 idmançı arasında 12-ci, E.Mayılov isə sonuncu olub. Nadir Məmmədli (82 kq) Svyatoslav Bıstrova (Rusiya) daha böyük hesabla məğlub olub – 0:4. Nəticədə həmyerlimiz 25 idmançı arasında 24-cü yeri tutub. Anar Əliyev (100 kq) isə 1/8 finalda Vyaçeslav Denisova (Ukrayna) yenilərək, 16 iştirakçı arasında sonuncu yerə layiq görülüb.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0