Qus Hiddink: “Tezliklə hər bir ispaniyalı azarkeş rusiyalı futbolçuların soyadlarını biləcək”
09.06.2008 - 18:06
İnsbruk. Elşən Məmmədov – APA-Sport. “İspaniya yığmasının Avropa çempionatının favoriti olduğunu dəfələrlə demişəm. Amma biz heç kimdən qorxmuruq”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink bu gün Avstriyanın İnsbruk şəhərində keçirdiyi mətbuat konfransında deyib. Sabah İspaniya ilə Avropa çempionatının D qrupunda ilk oyununu keçirəcək qonşu ölkə yığmasının hollandiyalı çalışdırıcısı yetirmələrinin çoxunun milli komanda səviyyəsində belə məsul yarışda debüt edəcəklərini xatırladıb. Lakin 62 yaşlı mütəxəssis gənc futbolçuların müxtəlif klublarda beynəlxalq təcrübə topladıqlarını söyləyib: “İnanıram ki, tezliklə hər bir ispaniyalı azarkeş rusiyalı oyunçuların soyadlarını biləcək”.
Qeyd edək ki, İspaniya – Rusiya matçı sabah Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, İspaniya – Rusiya matçı sabah Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0