Trankilyo Barnetta: “Türkiyə ilə oyunda üç il öncə baş vermiş toqquşmanın təkrarlanmayacağına ümidvarıq”
10.06.2008 - 16:38
Bazel. Elşən Məmmədov – APA-Sport. “Türkiyə yığması ilə qarşıdakı oyunumuzda üç il öncə baş vermiş davanın təkrarlanmayacağına ümidvarıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri İsveçrə milli komandasının yarımmüdafiəçisi Trankilyo Barnetta deyib. Avropa çempionatında Türkiyə yığmasına qarşı sabah keçirəcəkləri oyun haqda fikirlərini bölüşən 24 yaşlı futbolçu “ay-ulduzlular”la 2006-cı il dünya çempionatının pley-off oyunundan sonrakı olayları yaddan çıxarmadıqlarını vurğulayıb. Almaniyanın “Bayer” klubunda çıxış edən T.Barnetta 2005-ci ilin noyabrında İstanbul şəhərindəki “Şükrü Saracoğlu” stadionunda keçirilmiş cavab oyunundan sonra meydançada və tuneldə baş vermiş toqquşmanın hamıda mənfi emosiyalar yaratdığını söyləyib: “Əlbəttə, biz həmin vaxt baş verənləri unutmamışıq. Yenidən eyni hadisənin baş verməyəcəyinə ümid etsək də, qarşıdakı oyunumuzun sərt alınacağına əminəm. Fikrimcə, biz qalib gələcəyik”.
Qeyd edək ki, A qrupunda yer alan Türkiyə və İsveçrə yığmaları arasında görüş sabah Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. İlk turda İsveçrə Çexiyaya 0:1, Türkiyə isə Portuqaliyaya 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, A qrupunda yer alan Türkiyə və İsveçrə yığmaları arasında görüş sabah Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. İlk turda İsveçrə Çexiyaya 0:1, Türkiyə isə Portuqaliyaya 0:2 hesabı ilə uduzub.
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
- Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
- "Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib
- ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”
0
0