Şəhriyar Məmmədyarov Dortmund superturnirində ilk oyununu Peter Lekoya qarşı keçirəcək
11.06.2008 - 11:28
Bakı. Kənan Həsənov - APA-Sport. İyunun 28-də Almaniyanın Dortmund şəhərində start götürəcək şahmat üzrə ənənəvi superturnirin təqvimi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, XX kateqoriyalı yarışda Azərbaycanı ardıcıl ikinci dəfə milli komandamızın üzvü Şəhriyar Məmmədyarov təmsil edəcək. 23 yaşlı beynəlxalq qrossmeysterimiz turnirdə ilk oyununu Peter Lekoya (Macarıstan) qarşı keçirəcək. Ş.Məmmədyarov iyunun 29-da Yan Nepomnyaşi (Rusiya), iyulun 1-də Yan Qustafsson (Almaniya), 2-də Arkadi Naydiçlə (Almaniya) oynayacaq. Həmyerlimiz bir günlük istirahətdən sonra sabiq dünya çempionu Vladimir Kramniklə (Rusiya) mübarizə aparacaq. Turnirin son iki günündə isə qrossmeysterimizin rəqibi müvafiq ardıcıllıqla, iyulun 5-də Vasili İvançuk (Ukrayna) və 6-da Luk van Veli (Hollandiya) olacaq.
Qeyd edək ki, Ş.Məmmədyarov ötən il təşkil edilən yarışda 3,5 xal toplamaqla 5-ci olub. Birinci yeri isə 5 xalla V.Kramnik tutub.
Qeyd edək ki, Ş.Məmmədyarov ötən il təşkil edilən yarışda 3,5 xal toplamaqla 5-ci olub. Birinci yeri isə 5 xalla V.Kramnik tutub.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0