Luis Felipe Skolari: “Mən komandamla fəxr edirəm”
12.06.2008 - 11:32
Bakı. Mehman Süleymanov - APA-Sport. “Mən komandamla fəxr edirəm. Qürur hissi duyuram ki, qrupdan vaxtından əvvəl çıxmaqla qarşıya qoyduğumuz vəzifəni yerinə yetirdik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının baş məşqçisi Luis Felipe Skolari Çexiya millisi üzərində qələbədən (3:1) sonra deyib. Əvvəllər özlərinə heç də az problem yaratmadıqlarını deyən braziliyalı mütəxəssisin sözlərinə görə, yeni komandası işləri xeyli asanlaşdırıb: “Bu, yaxşı əlamətdir. Cari ildə çətin vəziyyətlərimiz olsa da, komanda ilə işləmək şansı qazandım və bir mexanizm kimi hərəkət etməyi öyrəndik. Futbolçuların pik formasına çatmasını görmək xoşdur. Realist olmaq lazımdır. Belə səviyyədə olan turnirdə nəticəni xırda detalların müəyyənləşdirdiyini başa düşdük. Bu gün qələbə üçün hər şeyi etdik və sonda layiqli qələbə qazandıq. İsveçə ilə qarşıdakı görüşdə müdafiədə oturmaq fikrində deyilik. Avropa çempionatına hər oyunda qələbə qazanmaq üçün gəlmişik və indi heç də pis vəziyyətdə deyilik”.
- APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verib - FOTO
- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
0
0