Azərbaycanın kayak və kanoe yığması Dünya Kubokunun II mərhələsində mübarizəyə başlayır
12.06.2008 - 16:01
Duysburq. Elşən Məmmədov – APA-Sport. Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkmə üzrə milli komandası sabah Almaniyanın Duysburq şəhərində start götürəcək Dünya Kubokunun II mərhələsinə qatılacaq. «APA-Sport» agentliyinin məlumatına görə, yarışda ölkəmizi 4 idmançı təmsil edəcək. Az öncə Macarıstanın Zeqed şəhərində başa çatan Dünya Kubokunun I mərhələsində 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə qızıl medal qazanan kanoeçimiz Valentin Demyanenko Duysburqda yalnız 500 metrlik məsafəni qət edəcək. Bu dəfə V.Demyanenko 2 nəfərlik qayıqda mübarizə aparacaq. O, digər kanoeçimiz Aleksandr Kasatkinlə birgə çıxış edəcək. Kayak növündə isə idmançılarımız həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda 500 metrlik məsafəyə yürüşə qatılacaqlar. Belə ki, 1 nəfərlik qayıqda Fikrət Zeynalov, 2 nəfərlik qayıqda isə Fikrət Zeynalov – Elmar Məmmədov dueti çıxış edəcəklər. 35 ölkənin iştirak edəcəyi yarışa iyunun 15-də yekun vurulacaq.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0