Petr Çex: “Türkiyəni məğlub edəcəyimizə heç kimin şübhəsi olmasın”
12.06.2008 - 18:09
Bakı - APA-Sport. Çexiya milli komandasının üzvləri Avropa çempionatının A qrupunun son turu çərçivəsində Türkiyəyə qarşı keçirəcəkləri oyunla bağlı iddialı açıqlamalar veriblər. “APA-Sport” agentliyinin məlumatına görə, yığmanın kapitanı Tomaş Uyfaluşi mübarizəni erkən dayandırmaq fikrində olmadıqlarını bildirib: “Qrup mərhələsindən dərhal sonra evə dönəcəyimizi ağlımıza gətirmirik. Növbəti turda Türkiyəni məğlub edərək, 1/4 finala yüksəlmək niyyətindəyik”. Adətən prinsipial oyunlardan qalib ayrıldıqlarını deyən çexiyalı Türkiyə ilə görüşə psixoloji cəhətdən hazır olduqlarını söyləyib: “Portuqaliyaya uduzsaq da, özünəinam hissimiz bir qədər də artıb”. T.Uyfaluşinin komanda yoldaşı Milan Baroş da Çexiyanın şansını yüksək qiymətləndirib. 27 yaşlı hücumçu vurğulayıb ki, 1/4 finala adlamaq üçün Portuqaliya ilə matçdakı kimi oyun göstərmək kifayətdir: “Şansımız hələ də var. Biz Portuqaliyaya 1:3 hesabı ilə məğlub olduq. Lakin eyni oyunu türklərə qarşı nümayiş etdirsək, qrupdan çıxarıq”. Qapıçı Petr Çex isə yığmanın oyun keyfiyyətinin tədricən artdığını deyib. İngiltərənin “Çelsi” klubunun da şərəfini qoruyan futbolçu qələbə qazanacaqlarına inandığını gizlətməyib: “Türkiyəni məğlub edəcəyimizə heç kimin şübhəsi olmasın!”.
Qeyd edək ki, Türkiyə - Çexiya matçı iyunun 15-də keçiriləcək. Bu oyunda məğlubiyyətlə üzləşəcək komanda Avropa çempionatı ilə vidalaşacaq.
Qeyd edək ki, Türkiyə - Çexiya matçı iyunun 15-də keçiriləcək. Bu oyunda məğlubiyyətlə üzləşəcək komanda Avropa çempionatı ilə vidalaşacaq.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0