UEFA almaniyalı futbolçunu cəzalandırıb
13.06.2008 - 16:06
Bakı. Kənan Həsənov - APA-Sport. UEFA Almaniya milli komandasının üzvü Bastian Şvaynştaygeri cəzalandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, gənc yarımmüdafiəçi bu səbəbdən Avropa çempionatının B qrupu çərçivəsində Avstriya ilə keçiriləcək son oyunda komandasına kömək edə bilməyəcək. B.Şvaynştayger Xorvatiyaya (1:2) qarşı görüşdə kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan qovulub. UEFA bu səbəbdən almaniyalı futbolçunu bir oyunluq cəzalandırıb.
Qeyd edək ki, B.Şvanştayger Avropa çempionatında meydandan qovulan ilk futbolçudur.
Qeyd edək ki, B.Şvanştayger Avropa çempionatında meydandan qovulan ilk futbolçudur.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0