Adrian Mutu: “Azarkeşlərimizdən üzr istəyirəm”
14.06.2008 - 11:15
Bakı. Mehman Süleymanov – APA-Sport. “Mən Canluicci Buffonun adətən qapının hansı küncünə tullandığını bilirdim. Ancaq hesab etdim ki, italiyalı qapıçı bu dəfə fərqli hərəkət edəcək”. “APA-Sport”un məlumatına görə, bu sözləri İtaliya milli komandası ilə oyunda penalti zərbəsini qaçıran Rumıniya yığmasının hücumçusu Adrian Mutu deyib. İtaliya yığmasının qapıçısı Canluicci Buffonla “Parma” və “Yuventus”da bir yerdə oynamış 29 yaşlı rumıniyalı futbolçu milli komandasının qələbəni əldən verməsindən təəssüfləndiyini bildirib: “Azarkeşlərimiz qarşısında xəcalətliyəm. Onlardan üzr istəyirəm. İtaliyanı məğlub edə bilmədiyimizə görə çox məyusam. Hər halda, nəticənin ədalətli olduğunu düşünürəm”. İtaliya ilə 1:1 hesabı ilə başa çatan görüşdə nəticəni ədalətli sayan digər futbolçu – Rumıniya yığmasının kapitanı Kristian Kivu isə qələbə qazanmaq üçün bütün güclərini sərf etdiklərini deyib: “Dünya çempionları ilə görüşdə əla futbol nümayiş etdirdik. Bu gün bizi dəstəkləyənlərin hamısına minnətdaram. Qələbəni əldən verdiyimizə görə Mutunu günahlandırmaq heç ağılımızdan keçmir. Adrian əla oynadı, qol vurdu və hamımız onu yalnız dəstəkləyirik”.
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı start götürüb
0
0