EURO-2008: İspaniya millisi dörddə bir finala yüksəlib
15.06.2008 - 10:34
“APA-Sport” agentliyinin məlumatına görə, İspaniya millisi ardıcıl ikinci qələbəsini qazanmaqla qrup birinciliyini təmin edib. İsveçi 2:1 hesabı ilə üstələyən pireneylilər qələbəni son dəqiqələrdə qazanıb. Çempionatın ən sərrast futbolçusu David Vilya 4-cü qolunu vurmaqla komandasını ¼ finala yüksəldib. Skandinaviyalılar isə bu vəzifənin öhdəsindən gəlmək üçün son turda məğlub olmamalıdır. Qrupun digər matçında Yunanıstanı minimal hesabla məğlub edən Rusiya yığması xal hesabını isveçlilərə çatdırıb. Rusiyalılar birinci hissədə vurduğu yeganə qol sayəsində ilk qələbəsini əldə edib. Lakin top fərqinə görə İsveç yığmasından geri qalan Quus Hiddinkin yetirmələri son turda mütləq qələbə qazanmalıdır. 2004-cü ilin qitə çempionu olan Otto Rehagelin yetirmələri isə XIII Avropa çempionatında qrup səddini aşa bilməyiblər. Qeyd edək ki, son Avropa çempionu olan Yunanıstan Avstriya və İsveçrədə keçirilən birincilikdə iştirak edən 16 komanda arasında hələ də qol vurmayan yeganə yığmadır.
14 iyun
D qrupu
Isveç – İspaniya 1:2
Zlatan İbrahimoviç, 34 – Fernando Torres, 15, David Vilya, 90+3.
Yunanıstan – Rusiya 0:1
Konstantin Zıryanov, 33.
Turnir cədvəli
18 iyun: Rusiya – İsveç, İspaniya – Yunanıstan.
14 iyun
D qrupu
Isveç – İspaniya 1:2
Zlatan İbrahimoviç, 34 – Fernando Torres, 15, David Vilya, 90+3.
Yunanıstan – Rusiya 0:1
Konstantin Zıryanov, 33.
Turnir cədvəli
Komandalar | O | Q | H | M | T | X |
İspaniya | 2 | 2 | 0 | 0 | 6-2 | 6 |
İsveç | 2 | 1 | 0 | 1 | 3-2 | 3 |
Rusiya | 2 | 1 | 0 | 1 | 2-4 | 3 |
Yunanıstan | 2 | 0 | 0 | 2 | 0-3 | 0 |
18 iyun: Rusiya – İsveç, İspaniya – Yunanıstan.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0