David Vilya: “İsveçin qapısına vurduğum bir qol Rusiya ilə oyunda vurduğum üç qoldan daha önəmlidir”
15.06.2008 - 10:54
David Vilya: “İsveçin qapısına vurduğum bir qol Rusiya ilə oyunda vurduğum üç qoldan daha önəmlidir”
Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olan İsveç milli komandasının baş məşqçisi məğlubiyyəti hücumçunun əvəzlənməsi ilə izah edib: “Əlbəttə son dəqiqələrdə buraxılan qol sayəsində uduzmaq çox üzücüdür. Lakin komandamız 1/4 finala yüksəlmək şanslarını hələ də itirməyib. Zlatan İspaniya ilə oyunda daha çox oynaya da bilərdi. Lakin məsləhətləşib onu Rusiya ilə oyun üçün qorumaq qərarına gəldik”. Zədələnərək meydanı tərk edən Z. İbrahimoviç də son turda meydana çıxacağına ümid edir: “Artıq oyun başlayandan 5-10 dəqiqə sonra dizimdə ağrılar hiss etdim. Zədəmi risk altına qoymamaq üçün əvəzlənməyimlə bağlı qərar qəbul etdik. Mən turnirdə iştirakımı davam etdirməliyəm”. Laqerbekin ispaniyalı həmkarı Luis Araqones isə sevincini gizlətməyib: “Biz qələbə qazandığımız üçün xoşbəxtik. İkinci hissədə göstərdiyimiz oyunla bu qola layiq idik. Matçın ilk 15-20 dəqiqəsində futbolçularımın sərgilədiyi oyun kasad görünsə də, sonradan hər şey qaydasına düşdü. Komanda topla əla rəftar edirdi. Bu, güclü rəqib üzərində gözəl qələbə idi”. Oyunu qəhrəmanı olan David Vilya isə heç nə başa düşməyib: “Yəqin ki, yalnız sabah nə baş verdiyini tam dərk edə biləcəyəm. Fikirləşirəm ki, İsveçin qapısına vurduğum bir qol Rusiya ilə oyunda vurduğum üç qoldan daha önəmlidir”.


0