Otto Rehagel: “Mən həmişə Yunanıstan yığmasının çox qol vuran komanda olmadığını demişəm”
15.06.2008 - 11:42
“APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Yunanıstan milli komandasının baş məşqçisi Otto Rehagel deyib. Avstriya və İsveçrədə keçirilən Avropa çempionatında Rusiyaya 0:1 hesablı məğlubiyyətdən sonra almaniyalı çalışdırıcı bir qola ümid etdiyini etiraf edib: “Təəssüflər olsun ki, biz əlimizə düşən qol imkanlarından istifadə edə bilmədik. Mən həmişə Yunanıstan yığmasının çox qol vuran komanda olmadığını demişəm. Mən ümid edirdim ki, rəqibin qapısına bir qol vuracağıq. Lakin bu, baş vermədi. Rəqib isə çox çətin vəziyyətdə qol vurdu. Ancaq biz nəticədən razı qalmalıyıq. Çünki yüksək səviyyəli, inanılmaz dərəcədə sürətli və etibarlı komandaya uduzduq. Biz bu turnirdə daha yaxşı çıxış etməyə ümid edirdik”. Hollandiyalı mütəxəssis Quus Hiddink isə yetirmələrindən razı qalıb: “Hər kəs meydanda nəticə üçün mübarizə apardı. Müasir futbolda sərt olmalı və heç kimə şans verməməlisən. Rusiyalı futbolçuların hadisələrin axarındakı dəyişikliklərə çox tez reaksiya verə bilmələrinə sevinirəm”.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0