EURO-2008-in üçüncü turu bu gün Türkiyə-Çexiya maçı ilə start götürəcək
15.06.2008 - 11:58
EURO-2008-in üçüncü turu bu gün Türkiyə-Çexiya maçı ilə start götürəcək
Öz qruplarında birinci yeri tutan 4 komandanın ardından Türkiyə millisi də 8 ən güclü komanda sırasına düşə bilər. Bunun üçün Fatih Terimin yetirmələri Çexiya komandası ilə görüşdə qələbə qazanmalıdır. Bütün göstəriciləri bərabər olan rəqiblərin oyununda qalib müəyyənləşməsə növbəti mərhələyə vəsiqənin taleyini penaltilər seriyası müəyyənləşdirəcək. Çexiyalıların Avropa çempionatları tarixi ərzində penalti seriyalarında vurduğu bütün zərbələri dəqiq olub. Türkiyə indiyədək heç vaxt məğlub etmədiyi rəqibi ilk dəfə üstələməlidir. Bu komandaların əvvəlki oyunlarının heç birində üçdən az qol vurulmayıb. Qrup ikinciliyinin sahibi ¼ final mərhələsində B qrupunda birinci yeri təmin edən Xorvatiya milli komandası ilə qarşılaşacaq. Qeyd edək ki, bu gün keçiriləcək digər oyunda üz-üzə gələn Portuqaliya və İsveçrə yığmaları qrupda müvafiq olaraq birinci və sonuncu yerləri rəsmiləşdiriblər.

15 iyun, saat 23.45
A qrupu
Türkiyə - Çexiya
Baş hakim: Peter Freydfeldt (İsveç).
Hakim köməkçiləri: Stefan Vittberq, Henrik Andren (hər ikisi İsveç).
Ehtiyat hakim: Qrjeqorj Gilevski (Polşa).
Cenevrə. “Stad de Jenev” stadionu.

İsveçrə - Portuqaliya
Baş hakim: Konrad Plauts (Avstriya).
Hakim köməkçiləri: Eqon Bereyter, Markus Meyr (hər ikisi Avstriya).
Ehtiyat hakim: İvan Bebek (Xorvatiya).
Bazel. “Sent Yakob Park” stadionu.

Turnir cədvəli

Komandalar

O

Q

H

M

T

X

Portuqaliya

2

2

0

0

5-1

6

Çexiya

2

1

0

1

2-3

3

Türkiyə

2

1

0

1

2-3

3

İsveçrə

2

0

0

2

1-3

0



Türkiyə - Çexiya: indiyə qədər keçirilən bütün oyunlar

tarix

oyun

Hesab

Turnir

23.02.1994

Türkiyə - Çexiya

1:4

Yoldaşlıq görüşü

26.03.1996

Çexiya – Türkiyə

3:0

Yoldaşlıq görüşü

30.04.2003

Çexiya – Türkiyə

4:0

Yoldaşlıq görüşü

01.03.2006

Türkiyə - Çexiya

2:2

Yoldaşlıq görüşü




0