Peter Çex: “Çexiya yığmasının məğlubiyyətinə mən səbəbkar oldum”
17.06.2008 - 16:31
Bakı. Kənan Həsənov - APA-Sport. Avropa Çempionatının A qrupunda Türkiyə milli komandasına 2:3 hesabı ilə uduzan Çexiya yığmasının qapıçısı Peter Çex bu məğlubiyyətdə özünü günahkar sayıb. “APA-Sport” agentliyinin məlumatına görə, İngiltərənin “Çelsi” klubunun 26 yaşlı futbolçusu yenidən əvvəlki formasına qovuşacağını bildirib: “Oyunun böyük hissəsində vəziyyətə nəzarəti əldən vermədik. Amma Türkiyə təzyiqi artırdıqdan sonra mənim səhvimdən hesab bərabərləşdi. Ardınca üçüncü qolu da buraxdıq. “¼ finaldayıq deyərkən” məğlub olduq. Bu oyun həm də, keçirdiyim mövsümün davamıdır. Toparlandığım zaman həmişə gözlənilməz zədə ilə üzləşdim. Özümü “Çelsi”nin heyətində Çempionlar Liqasının finalında uduzduğum andakı kimi pis hiss etdim. Bu dəfə daha çox acı çəkdim. Çünki, Çexiya yığmasının məğlubiyyətinə mən səbəbkar oldum”.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0