Almaniya Avropa çempionatları tarixində Portuqaliyaya qol vura bilməyib
18.06.2008 - 10:58
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sabah Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının ilk mükafatçısı müəyyənləşəcək. “APA-Sport” agentliyinin məlumatına görə, ¼ final mərhələsində qalib gəlməklə yarımfinala vəsiqə qazanan komanda ən pis halda bürünc medala sahib olacaq. İlk mükafatçı Portuqaliya – Almaniya görüşünün qalibi olacaq ki, bu rəqiblər indiyədək 15 dəfə qarşılaşıb. Bu görüşlərdə almaniyalılar 7, portuqaliyalılar isə cəmi 3 dəfə qələbə qazanıb. Daha 5 dəfə heç-heçə edən rəqiblərin oyunlarında 35 qol vurulub ki, top fərqində də mərkəzi avropalılar öndədir – 21:14. Səkkiz yoldaşlıq matçında üz-üzə gələn komandalar 7 dəfə dünya və Avropa çempionatları çərçivəsində münasibətlərini ayırd ediblər. Bu qarşılaşmalarda 3 dəfə bərabərliklə ayrılan rəqiblər hərəyə iki qələbə qazansa da, top fərqində portuqaliyalılar öndədir – 7:6. Avropa çempionatlarının seçmə mərhələlərində heç vaxt görüşməyən Portuqaliya ilə Almaniya bu turnirin final mərhələlərində artıq iki dəfə qarşılaşıb. 24 il əvvəl komandaların heç biri rəqib qapısına yol tapmayıbsa, 2000-ci ildə almaniyalılar məğlub olan tərəf olub – 0:3.
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
0
0