Xorvatiya - Türkiyə matçını Roberto Rozetti idarə edəcək
18.06.2008 - 14:29
Bakı. Mehman Süleymanov - APA-Sport. Türkiyə yığmasının Xorvatiya ilə Avropa çempionatının ¼ final oyununu italiyalı hakimlər idarə edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, iyunun 20-də Avstriyanın paytaxtı Vyanada “Ernst Happel” stadionunda keçiriləcək görüşün baş hakimi Roberto Rozetti təyin edilib. 41 yaşlı italiyalı FİFA hakimi AÇ-nin final mərhələsi oyunlarını idarə edən həmkarları arasında ilk növbədə fiziki göstəriciləri ilə seçilir. Belə ki, 1,90 metr boya malik olan R.Rozetti ən ucaboy hakimdir. İtaliyalıya cari çempionatın açılış matçı olan İsveçrə - Çexiya (0:1) görüşünü idarə etmək etibar olunub. Sabah keçiriləcək ilk ¼ final oyununa – Portuqaliya – Almaniya görüşünə isveçli hakim Peter Freydfeldt təyinat alıb.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0