Azərbaycan avarçəkənləri dünya çempionatına Rusiyanın Lipetsk şəhərində hazırlaşacaqlar
19.06.2008 - 15:44
Azərbaycan avarçəkənləri dünya çempionatına Rusiyanın Lipetsk şəhərində hazırlaşacaqlar
Bakı. Elşən Məmmədov - APA-Sport. İyulun 22-də Avstriyanın Lints şəhərində akademik qayıqlarda avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatı start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, altı gün davam edəcək yarışda Azərbaycanın 18 yaşadək yığma komandası da mübarizə aparacaq. Avarçəkənlərimiz mötəbər turnirə hazırlıq məqsədilə təlim-məşq toplantısı keçəcəklər. Artıq yeniyetmə idmançılarımız Timur Kutseba və Aleksadr Qlotov yığmamızın məşqçisi Aleksandr Barabanovun rəhbərliyi altında Rusiyanın Lipetsk şəhərinə gediblər. Onlar iyulun 14-dək Rusiya yığması ilə birgə hazırlıq prosesinə qatılacaqlar. Daha 15 idmançımız sabah Mingəçevir şəhərinə yollanacaq. Məşqçilər Fyodr Usaçyov və İlqar Tağıyevin rəhbərliyi altında «Kür» Təlim-Tədris Mərkəzində Turqay Məmmədov, Mirzəğa Eyvazov, Kamran Yusubov, Fərman Əliyev, Aleksandr Maksimov, Sərxan Hüseynov, Fərman Həbibli, Nicat Mehdiyev, Ruslan Quliyev, Kamran Qarayev, Fərid Heydərov, Kərim Əsgərov, Teymur Əfəndiyev, Oleq Arbuzov və Emil Əsədov iyulun 10-dək məşq edəcəklər.
0