Kriştiano Ronaldo: “Skolari mənə dedi ki, “Real”da oynamaq şansı bir dəfə yaranır”
20.06.2008 - 10:04
Kriştiano Ronaldo: “Skolari mənə dedi ki, “Real”da oynamaq şansı bir dəfə yaranır”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Mənim “Real”a keçmək ehtimalım böyükdür. Lakin mövzuda danışmaq istəmirəm. Hamı mənim nə istədiyimi bilsə də, yaxın 2-3 gün ərzində hər şey başqa cür həll oluna bilər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının yarımmüdafiəçisi Kriştiano Ronaldo deyib. İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu artıq yığmanın baş məşqçisi Luis Felipe Skolari ilə də danışıb: “Bu mənim istədiyim, arzuladığım keçiddir. Bu irəli atılan addım, mənim üçün çox yaxşı imkandır. Skolarinin mənə dediyi kimi, belə şans həyatda bir dəfə ələ düşür”.
“Real” rəhbərliyi isə ingiltərəlilərlə danışıqlara başlamağa tələsmir: “Biz onun komandamıza gəlmək istədiyini açıqlamasını gözləyirik. Bundan sonra böyük həvəslə “Mançester Yunayted”lə danışıqlara başlayacağıq. Onlar satmağa razı olsa və qiymət bizi qane etsə, futbolçunun keçidini həll edəcəyik”.
0