Azərbaycanın ən böyük şəhərlərində ənənəvi Olimpiya qaçış günü keçiriləcək
20.06.2008 - 12:16
Bakı. Elşən Məmmədov - APA-Sport. Milli Olimpiya Komitəsi (MOK) Bakı və Gəncədə ənənəvi Olimpiya qaçış günü keçirəcək. MOK-un mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, Azərbaycanda sayca XXII dəfə keçiriləcək tədbirin ilk mərhələsi sabah Milli Parkda baş tutacaq. Qadın və kişilərdən ibarət idman həvəskarları 10 və 2 km məsafələrə qaçışda qüvvələrini sınayacaqlar. Olimpiya hərəkatının təbliği və idmanda kütləviliyin təmin olunması məqsədilə keçiriləcək tədbirin sonunda ən yaşlı və ən kiçik iştirakçılar Beynəlxalq Olimpiya Komitəsinin (İOC) diplom və sertifikatları ilə təltif olunacaqlar. İyunun 28-də Gəncədə keçiriləcək qaçışda isə 500-dək idman həvəskarı mübarizə aparacaq.
Qeyd edək ki, Olimpiya qaçış günü 1894-cü il iyunun 24-də İOC-un təsis edilməsi münasibətilə hər il bütün dünyada təşkil olunur. Azərbaycanda isə bu tədbir 1996-cı ildən keçirilməyə başlayıb.
Qeyd edək ki, Olimpiya qaçış günü 1894-cü il iyunun 24-də İOC-un təsis edilməsi münasibətilə hər il bütün dünyada təşkil olunur. Azərbaycanda isə bu tədbir 1996-cı ildən keçirilməyə başlayıb.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0