Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinetti iyunun 25-də Bakıya gələcək
21.06.2008 - 10:00
Bakı. Elşən Məmmədov - APA-Sport. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti iyunun 25-də Bakıya gələcək. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Güləş Federasiyasında milli komandaların rəisi Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, FİLA başçısının Azərbaycan paytaxtına səfəri mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə iyunun 27-də Bakı İdman Sarayında startı veriləcək “Qızıl Qran-Pri” turnirinin final mərhələsi ilə əlaqədar olacaq. R.Martinetti ilə yanaşı, FİLA İcraiyyə Komitəsi və Büro üzvləri də ölkəmizə təşrif buyuracaqlar. Üç gün davam edəcək yarışı izləyəcək FİLA prezidentinin Azərbaycanın idman rəsmiləri ilə görüşləri də nəzərdə tutulub.
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
0
0