Türkiyə yığması tarixində ilk dəfə Avropa çempionatının yarımfinalına yüksəlib - FOTOSESSİYA
21.06.2008 - 10:58
Görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Əsas hadisələr isə qalibi müəyyən etmək üçün italiyalı baş hakim Roberto Rozzetinin əlavə etdiyi 30 dəqiqədə baş verib. Əlavə vaxtın ilk yarısında qapılara top vurulmasa da, növbəti 15 dəqiqədə iki qol qeydə alınıb. 119-cu dəqiqədə Rüştünün səhvi xorvatiyalı hücumçu İvan Klasniçin hesabı açmasına imkan yaradıb. Artıq hamının matçın elə bu hesabla nəticələnəcəyini düşündüyü an türkiyəli Semih Şəntürkün qapıya vurduğu dəqiq zərbə bütün Xorvatiyanı şoka salıb - 1:1. Penaltilər seriyasında xorvatiyalılar 4 zərbədən üçünü qeyri-dəqiq yerinə yetiriblər. Toplardan ikisi qapının yanından keçib. Daha bir zərbəni Rüştü qaytarıb və qol buraxdığı epizodda günahını müəyyən mənada sığortalayıb. Əvəzində “ay-ulduzlular” hər üç zərbəni dəqiq yerinə yetirməklə, qitənin dörd ən güclü komandası sırasına yüksəlib. Yarımfinalda Türkiyənin rəqibi Almaniya yığması olacaq. Görüş iyunun 25-də İsveçrənin Bazel şəhərindəki “Sent Yakob-Park” stadionunda keçiriləcək.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0