Arda Turan: “Final matçına yalnız 90 dəqiqə qalıb”
21.06.2008 - 12:40
Vyana. Elşən Məmmədov - APA-Sport. “Türk xalqının duaları sayəsində Xorvatiyanı yendik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyə milli komandasının futbolçusu Arda Turan Avropa çempionatının ¼ finalında Xorvatiya yığması üzərində penaltilər seriyasında qazandıqları qələbədən sonra deyib. 21 yaşlı yarımmüdafiəçi yeni möcüzə yaratdıqlarını bildirib: “Elə bir oyun alındı ki, inana bilmirik. Bir anda qapımızda qol görürük. Bir də baxırıq ki, mərhələ adlamışıq. Çox şükür! İnsan istər-istəməz sona bir dəqiqə qalmış məğlub duruma düşərkən, “uduzduq” deyir. Amma hələ bir ümid vardı”. Cəzalı duruma düşdüyü üçün Almaniya yığması ilə iyunun 25-də keçiriləcək yarımfinal matçını buraxacaq A.Turan komanda yoldaşlarının onu layiqincə əvəzləyəcəklərini bildirib: “Heç fərqi yoxdur. 23 nəfərin hamısı 11 əsas heyət oyunçusu kimi çıxış edir”. Heyətdə xeyli zədəli futbolçunun olmasına baxmayaraq, böyük əzmkarlıq ortaya qoyduqlarını deyən gənc futbolçu Almaniya yığması ilə növbəti qarşılaşmadan da qalib ayrılacaqlarına inandığını söyləyib: “Güclü komandaları yarışdan kənarlaşdırdıq. İnşallah, finalda oynayarıq. Finala yalnız 90 dəqiqə qalıb”.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0