Marko van Basten: “Rusiya yığması fiziki cəhətdən daha hazırlıqlı idi”
22.06.2008 - 12:53
Bakı. Mehman Süleymanov – APA-Sport. “Bu gün bizim günümüz deyildi. Rusiya yığması komandamızla müqayisədə fiziki cəhətdən daha hazırlıqlı idi. Uğursuz matç keçirdik və qrup mərhələsində nümayiş etdirdiyimiz oyunu göstərə bilmədik”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Avro-2008”də mübarizəni ¼ finalda dayandıran Hollandiya yığmasının baş məşqçisi Marko van Basten deyib. Turnirin favoritlərindən sayılan yığmanın 45 yaşlı çalışdırıcısı Rusiya milli komandasına qarşı zəif oyuna (1:3) izah tapa bilmir: “Niyə belə oynadığımızı bilmirəm. Ola bilsin həddən artıq əsəbi, gərgin idik. Fasilədən sonra meydana buraxdığımız Robin van Persiyə hücumda yer verməklə oyunu dəyişmək istədik. Arşavinlə Pavlyuçenko hər zaman qapımız qarşısında təhlükə yaradırdı və məhz buna görə də özümüzü toplaya bilmədik. Demək olar ki, hər şeyi yoxladıq və hesabı bərabərləşdirməyimiz bizə ümid verdi. Ancaq fiziki baxımından problemlərimiz vardı. Ruslar oyunun sonunda tempi artırarkən futbolçularımız yorulmuşdular. Belə tempdə mübarizəni davam etdirməyi bacarmadığımız üçün sonda iki top buraxdıq”. Marko van Basten Rusiyanın şansını yüksək qiymətləndirib: “Ruslar yaxşı oynayaraq layiqli qələbə qazandılar. Bu komandaya uğurlar arzulayıram. Yarımfinala yüksələn Rusiya yığmasının turnirin qalibi olmaq üçün yaxşı şansı var”.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0