Azərbaycan atletləri Avropa Kubokunda iki qızıl medal qazanıblar
23.06.2008 - 10:45
Bakı. Kənan Həsənov - APA-Sport. Slovakiyanın Banka Bıstritsa şəhərində atletika üzrə Avropa Kubokunun II divizionunda yarışlara yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, birincilik Azərbaycan milli komandası üçün uğurlu alınıb. Belə ki, 100 m məsafəyə qaçışda Pekin Olimpiadasına lisenziya qazanan Ruslan Abbasov 10.31 saniyə nəticə ilə birinci yeri tutub. R.Abbasov, Ramil Quliyev, Valentin Bulıçev və Pavel Setindən ibarət milli komandamız da eyni məsafəyə estafet yürüşündə qızıl medal qazanıb. Digər təmsilçilərimiz ayrı-ayrı növlərdə fəxri kürsüyə yüksələ bilməyiblər. Ümumi hesabda kişilərdən ibarət komandamız 66 xalla 8-ci, qadın yığmamız isə 33 xalla 13-cü olub.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0