Azərbaycan yığmasının pleymeykeri Avropa çempionatının ən çox məhsuldar ötürmə verən basketbolçusu olub
23.06.2008 - 15:56
Bakı. Kənan Həsənov - APA-Sport. Şotlandiyanın Edinburq şəhərində təşkil olunan Avropa çempionatının C divizionunda fərqlənən basketbolçularının adları açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, turnirin ən məhsuldar oyunçusu orta hesabla 22,4 xal toplayan Andrea Raşi (San-Marino) olub. Onu Azərbaycan milli komandasının gürcüstanlı legioneri David Barbakadze (19,6 xal) ilə yığmanın kapitanı Tahir Baxşıyev (19 xal) izləyib. D.Barbakadze, həmçinin orta hesabla hər oyuna 10 götürmə etməklə, bu nominasiyada birinci yeri tutub. Çempionatın ən çox məhsuldar ötürmə verən basketbolçusu adına isə komandamızın pleymeykeri Fuad Niftəliyev (orta hesabla 8,4 ötürmə) sahib çıxıb.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0