Sabah “Sport-magazine” jurnalının ilk sayı satışa çıxarılacaq
23.06.2008 - 16:47
Bakı - APA-Sport. Sabah Azərbaycanda “Sport-magazine” adlı yeni idman-əyləncə jurnalı satışa çıxacaq. Jurnalın redaktoru Aydın Bağırovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, nəşrdə Azərbaycan idmanın problemləri ilə bağlı araşdırma yazılar, idmançıların, o cümlədən futbolçuların şəxsi həyatına aid məqalələr toplanıb. Jurnalın baş redaktoru Könül Vəlibəylidir. İlk sayı 5000 nüsxə ilə çıxan jurnalın qiyməti 3 manatdır. “Sport-magazine”də, həmçinin məşhur şou-biznes nümayəndələrinin idmana və idmançılara münasibətinə dair yazılar da dərc edilib. İlk sayda dünya boksunun ulduzlarından olan Vladimir Kliçko ilə eksklüziv müsahibəni də oxumaq mümkün olacaq. Bu müsahibədə V.Kliçko Azərbaycan boksu və boksçuları ilə bağlı fikirlərini bildirib, İmişli rayonunda üzləşdiyi sərgüzəştdən danışıb. A.Bağırov bildirib ki, “Sport-magazine”də peşəkar jurnalistlər çalışırlar. Eyni zamanda, Azərbaycanın tanınmış idman yazarları Rövşən Binnətli, Altay Əliyev, İlkin Fikrətoğlu, Anar Şabanoğlu və Sevda Sultanova jurnalda müəllif yazıları ilə çıxış edirlər.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0