Yens Lemann: “Türkiyə ilə qarşılaşmada həyatımı da verməyə hazıram”
24.06.2008 - 09:25
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Türkiyə ilə qarşılaşmada hər şeyimi, hətta həyatımı da verməyə hazıram”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniya milli komandasının qapıçısı Yens Lemann deyib. 39 yaşlı qapıçı bildirib ki, Avropa çempionatının Türkiyə ilə yarımfinal oyunu ərəfəsində yalnız bu matça köklənib: “İndi başımda yalnız yarımfinal oyunu ilə bağlı fikirlər var. Düşünmürəm ki, finala çıxsaq yığmadakı gələcək karyeramı başa vuracağam. Mənə yığma karyeramla bağlı yekun qərar vermək üçün təzyiq edib tələsdirən yoxdur”.
Qeyd edək ki, yarımfinalda keçiriləcək Almaniya – Türkiyə görüşü iyunun 25-də baş tutacaq.
Qeyd edək ki, yarımfinalda keçiriləcək Almaniya – Türkiyə görüşü iyunun 25-də baş tutacaq.
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0